ABŞ-da ilk dəfə bərpaolunan mənbələr nüvə və kömürü geridə qoyub

image

ABŞ ölkə tarixində ilk dəfə, bərpaolunan mənbələrdən enerji istehsalı kömür və nüvə enerjisini geridə qoyaraq ikinci enerji mənbəyi olub.

"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar Enerji İnformasiya Mərkəzinin məlumatında bildirilir.

Administrasiyanın açıqlamasına görə, ötən il ölkədə bərpaolunan mənbələrdən (külək, günəş, hidroenerji, geotermal və biokütlə) elektrik istehsalı 834 milyard kilovat-saat olub. Bu da ümumi elektrik istehsalının 21 %-i deməkdir.

Ölkədə 2020-ci ildə külək enerjisi istehsalı 14,1 %, günəş elektrik stansiyalarının istehsalı 26 %, damlara quraşdırılmış günəş panellərinin istehsalı isə 19 % artıb.

Bərpaolunan enerji mənbələrindən elektrik istehsalı isə 9 % artaraq 21 %-ə yüksəlib.

Enerji İnformasiya Mərkəzi bərpaolunan enerji mənbələrindən elektrik istehsalının 2021-ci ildə 7 %, 2022-ci ildə isə 10 % artacağını proqnozlaşdırır.

Renewables.az

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *