Şolts Almaniyada yeni atom elektrik stansiyalarının tikintisini faydasız adlandırıb

image

Almaniya Kansleri Olaf Şolts ölkədə yeni atom elektrik stansiyalarının tikintisini faydasız adlandırıb.

Renewables.az “Report”a istinadla xəbər verir ki, Kansler nüvə elektrik stansiyalarının tikintisinin rentabelli olmadığını bildirərək ölkənin nüvə enerjisinə qayıtmasına qarşı çıxıb.

“Əgər kimsə indi atom elektrik stansiyası tikmək qərarına gəlsə, hazırkı tikinti müddətinə əsasən, o, 15-20 ildən sonra hazır olacaq”, - O.Şolts vurğulayıb.

Kanslerin sözlərinə görə, bu müddət ərzində ölkənin enerji sahəsində bütün problemləri həll etməyə artıq vaxtı olacaq.

O.Şolts bildirib ki, atom elektrik stansiyalarının istehsal etdiyi elektrik enerjisi külək, günəş və digər mənbələrdən əldə edilən enerjidən qat-qat baha başa gəlir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *