Səudiyyə Ərəbistanı və ABŞ bərpa olunan mənbələrdən əldə edilən enerji resurslarının nəqli üçün qitələrarası dəhlizlərin yaradılmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalayıb.
Renewables.az "Report"a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Mətbuat Agentliyi məlumat yayıb.
Cümə günü imzalanan sənəd Səudiyyə Ərəbistanı ərazisindən keçməklə Avropa və Asiya ölkələrini birləşdirəcək nəqliyyat və enerji dəhlizinin tikintisi üzrə Vaşinqton və Ər-Riyad arasında qarşılıqlı fəaliyyət protokolunu müəyyən edir. Agentliyin qeyd etdiyi kimi, layihə təmiz enerjinin, o cümlədən hidrogenin nəqli üçün infrastrukturun, həmçinin rəqəmsal verilənlərin ötürülməsi üçün fiber-optik kabellər şəbəkəsinin yaradılmasını nəzərdə tutur.
Rəylər (0):