“ACWA Power” şirkəti ilə "yaşıl enerji" sahəsində potensial layihələrin reallaşdırılması müzakirə edilib

image

Azərbaycan və Səudiyyə Ərəbistanının aparıcı “ACWA Power” şirkəti arasında "yaşıl enerji" sahəsində potensial layihələrin reallaşdırılması müzakirə edilib.

Renewables.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb

"ACWA Power" şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Abunayyan ilə şirkətlə ölkəmizin əməkdaşlıq istiqamətləri barədə müzakirələr apardıq", - nazir qeyd edib.

M.Cabbarov bildirib ki, görüşdə Azərbaycanda həyata keçirilən külək elektrik stansiyası və dəniz suyunun duzsuzlaşdırılması layihələrinin icra vəziyyəti, alternativ enerji mənbələrindən istifadənin səmərəliliyi, "yaşıl enerji" sahəsində potensial layihələrin reallaşdırılması imkanları müzakirə olunub.

İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, nazir Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin inkişaf etdiyini, biznes dairələri ilə işgüzar münasibətlərin genişləndiyini vurğulayıb. Bildirilib ki, enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji sahəsinin inkişafı müasir çağırışlar fonunda ölkəmizin əsas prioritetlərindəndir. Bu istiqamətdə “Acwa Power” şirkəti ilə əməkdaşlığa önəm verilir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *