Aİ Avropa Hidrogen Bankına hidrogen tenderləri ilə əlaqədar 800 milyon avro maliyyə vəsaiti ayırır

image

Avropa İttifaqının (Aİ) 800 milyon avroluq maliyyə vəsaiti ilə Avropa Hidrogen Bankı bu həftə hidrogen layihələri ilə bağlı ilk tenderini keçirəcək.

Renewables.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən "Avropa Hidrogen Həftəsi" tədbirində videomüraciətlə çıxışında bildirib.

Onun sözlərinə görə, Avropa Hidrogen Bankı 2024-cü ilin yazında ümumi dəyəri 3 milyard avroya çatacaq tenderlərin ikinci turuna başlayacaq.

Von der Leyen Misir, Keniya və Namibiya kimi bir çox ölkələrlə hidrogen tərəfdaşlığı imzaladıqlarına diqqət çəkərək, bu ölkələrin təmiz enerji istehsal etmək və onu təmiz hidrogenə çevirmək üçün ciddi potensiala sahib olduqlarını vurğulayıb.

Aİ-nin Braziliyada dünyanın ən böyük hidrogen layihələrindən birinin inşasına dəstək verəcəyini bildirən von der Leyen Braziliyada hidrogen dəyər zəncirinə 2 milyard avro sərmayə qoyacaqlarını bildirib. Von der Leyen, Braziliyada qurulacaq yeni Yaşıl Enerji Parkında təmiz hidrogen və ammonyak üçün 10 qiqavatlıq istehsal müəssisəsinin daha sonra Xorvatiyaya, oradan isə digər Avropa ölkələrinə göndəriləcəyini bildirib.

“Avropa təkcə təmiz hidrogen sahəsində qabaqcıl deyil, həm də dünya səviyyəli hidrogen bazarının qurulmasında tərəfdaşdır. Biz təmiz hidrogen dövrünün başlanğıcındayıq. Biz dünyada təxminən 80 hidrogen layihəsi üçün 17 milyard avrodan çox dövlət dəstəyini təsdiqləmişik”, - xanım Prezident qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *