Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədi dərc edilib

image

Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədi dərc edilib.

Renewables.az-ın xəbərinə görə, sənədi Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA), o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) dərc edib.

Xatırladaq ki, COP29 konfransı çərçivəsində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) və Hidrogen Şurasının təşkilatçılığı ilə keçirilən “Təmiz hidrogen iqtisadiyyatının təmin edilməsi və yeni təchizat zəncirlərinin inkişafı” adlı tədbirdə Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədinin təqdimatı baş tutub. 

Hidrogen üzrə Milli Strateji Baxış sənədi COP29 Prezidentliyi tərəfindən elan edilmiş Hidrogen Bəyannaməsinə və ölkəmiz tərəfindən həyata keçirilən yaşıl enerji dəhlizləri konsepsiyasına uyğundur və ölkəmizin hidrogendən istifadə ilə bağlı gələcək planlarını özündə əks etdirir.

Qeyd edək ki, sənəd EBRD-nin dəstəyi ilə "Worley Consulting" məsləhətçi şirkəti tərəfindən hazırlanıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *