Almaniya Avstraliyadan yaşıl hidrogen idxal etmək niyyətindədir

image

Rusiyanın təbii qazına alternativ axtarışlarını davam etdirərkən, karbon emissiyalarını 2045-ci ilə qədər “xalis sıfıra” endirmək məqsədinə çatmağa çalışan Almaniya bu dəfə təmiz enerji axtarışında Avstraliyaya üz tutub.

"Renewables.az" "Euronews"a istinadən xəbər verir ki, ölkənin təhsil və araşdırma naziri Bettina Ştark-Vatsinqer, ölkəsinin 2030-cu ilə qədər Avstraliyadan bərpa olunan enerjidən istehsal olunan yaşıl hidrogeni alacağına ümid etdiyini söyləyib.

Berlində Avstraliyanın iqlim və enerji naziri Chris Bovenlə görüşdükdən sonra mətbuata açıqlama verən Ştark-Vatsinqer, "Mənim məqsədim ilk təslimatın ən geci 2030-cu ilə qədər Almaniyaya çatmasıdır" deyib. Almaniyalı nazir qeyd edib ki, Avstraliya bol günəş və külək enerjisinin köməyi ilə hidrogen istehsal etmək üçün güclü potensiala malikdir. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *