Almaniya ilə Ukrayna arasında külək elektrik stansiyasının tikintisi ilə bağlı Niyyət Protokolu imzalanıb.
Renewables.az "Tagesschau" qəzetinin yaydığı məlumata istinadən xəbər verir ki, sənəd Almaniyanın xarici işlər naziri Annalena Berbokun Ukraynaya səfəri çərçivəsində Ukrayna Təbii Sərvətlər Nazirliyində imzalanıb.
Almaniyanın “Yaşıllar” Partiyasının üzvü olan Berbok Ukraynada bərpa olunan enerjinin inkişafı mövzusunu qaldırıb. Nazirin sözlərinə görə, Ukrayna bərpa olunan enerji mənbələrindən daha çox istifadə etməlidir. O, xüsusilə Çernobıl Atom Elektrik Stansiyasının ətrafında külək elektrik stansiyasının tikintisini məqsədəuyğun hesab etdiyini bildirib.
Bundan əlavə, Berbok Kiyevdən 50 kilometr aralıda yerləşən elektrik yarımstansiyasına baş çəkib və bərpa olunan enerjinin payının artırılmasının tərəfdarı olduğunu bildirib.
Rəylər (0):