Almaniya yaşıl enerjinin inkişafı üçün Ukraynaya 150 mln. avro ayırır

image

Almaniya yaşıl enerjinin inkişafı üçün Ukraynaya 150 mln. avro ayırır və birinci tranşın uğurla həyata keçirilməsindən sonra daha 1 mlrd. avro tranş verməyə hazırdır.

"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə "RBC-Ukrayna"ya müsahibəsində Ukrayna Prezidentinin aparat rəhbərinin müavini Rostislav Şurma bildirib.

"Almaniya bir sıra proqram təklif etməyə hazırdır. Artıq yaşıl  transformasiya proqramları üçün maliyyə təklif edilib. Ayırdıqları ilk 150 mln. avro üzrə tərəfdaş qismində "Ukrgasbank çıxış edəcək. Əgər biz bu proqramı uğurla işə salsaq, 1 mlrd. avroluq ikinci tranş gözlənilir ki, bu məbləğ bizə ilk 150 mln. avronu uğurla və şəffaf şəkildə idarə etməyi bacardıqdan sonra ayrılacaq", - Şurma bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *