Almaniya “yaşıl” hidrogenin istehsalı və ixracında Azərbaycana dəstək verməyə hazırdır.
Renewables.az xəbər verir ki, bu sözləri Trend-ə Alman-Azərbaycan Ticarət Palatasının (AHK Azərbaycan) icraçı direktoru Tobias Baumann deyib.
Onun sözlərinə görə, Almaniya uzunmüddətli tərəfdaşlıq və texnologiya sayəsində öz təcrübəsini Azərbaycanla bölüşə bilər və bu ölkədə “yaşıl” hidrogen istehlakçısı olmağa hazırdır.
"Almaniya şirkətlərinin texnologiya və digər sahələrdə böyük təcrübəsi var və buna görə də biz Azərbaycanla əməkdaşlığı genişləndirməyi düşünürük. Bizim şirkətlər kənd təsərrüfatı, qida istehsalı və ekoloji həllərin işlənib hazırlanması üzrə ixtisaslaşıb. Bizim hazırda 5 fermerlə layihələrimiz mövcuddur. Və yaxın zamanda həmin fermerləri yeni texnologiyalarla təhciz edəcəyik”, - deyə Baumann əlavə edib.
Rəylər (0):