Almaniyanın dəmiryolu şirkəti “Deutsche Bahn” (DB), “Statkraft” şirkətinin Norveçdəki hidroelektrik stansiyasından elektrik satın alacaq.
Bu barədə “Berpaolunanenerji.az” DB-nin rəsmi saytına istinadən xəbər verir.
Anlaşma çərçivəsində DB, 2023-cü ildən etibarən, 10 il ərzində Norveç şirkəti “Statkraft”ın həmin ölkədəki hidroelektrik stansiyasından ildə təxminən 190 milyon kVt-saat enerji satın alacaq. Bunun da hər il 146 min tona qədər karbon emissiyasının qarşısını alacağı bildirilir.
Elektrik enerjisi Nordlink Şimal Dənizi xətti vasitəsilə Norveçdən Almaniyaya çatdırılacaq.
DB-nin icraçı direktoru Riçard Luts açıqlamasında, şirkətin 2040-cı ilə qədər sıfır karbon hədəfinin olduğunu bildirib.
Qeyd edək ki, dəmiryolu şirkəti elektrik ehtiyacının 61 %-ni bərpaolunan enerji mənbələrindən qarşılayır.
Rəylər (0):