Türkiyə bərpa olunan enerji sahəsində Avropada beşinci yerdədir.
Renewables.az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.
"Hazırda Səudiyyə Ərəbistanı ilə enerji sahəsində çox ciddi anlaşma gündəmdədir. Körfəz ölkələri ilə 29,7 dollar dəyərində müqavilə imzalandı. Energetika sahəsində əməkdaşlıqlar bölgədəki münaqişələri də həll edə bilər", - deyə o əlavə edib.
A.Bayraktar onu da vurğulayıb ki, Türkiyənin bərpa olunan enerji yatırımları davam edir: "Növbəti 2023-2053-cü illər üçün hədəflərimizdən biri də əsas prioritet olan bərpa olunan enerjidir".
Rəylər (0):