“Arpaçay-1” və “Arpaçay-2” stansiyalarında istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

image

7 aprel 2014-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində Arpaçay su anbarında gücü 20,5 MVt “Arpaçay-1” SES və gücü 1,4 MVt “Arpaçay-2” KSES istismara verilib.

Renewables.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, "Arpaçay-1" SES-də 2021-ci ildə 33,4 mln. kVt-saat, 2022-ci ildə 26,1 mln. kVt-saat elektrik enerjisi istehsal olunub. İstismar edildiyi tarixdən cari ilin 1 aprel tarixinədək stansiyada ümumilikdə 434 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

“Arpaçay-2” KSES-də isə 2021-ci ildə 0,9 mln. kVt-saat, 2022-ci ildə 0,8 mln. kVt-saat elektrik enerjisi istehsal olunub. İstismar edildiyi tarixdən cari ilin 1 aprel tarixinədək “Arpaçay-2” KSES-də elektrik enerjisi istehsalı 10,2 mln. kVt-saat təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *