Aprelin 7-də Naxçıvanın Şərur rayonu ərazisində gücü 20,5 MVt olan “Arpaçay-1” SES və gücü 1,4 MVt olan “Arpaçay-2” KSES işə salınıb.
Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, istismar edildiyi tarixdən 2024-cü ilin 1 aprel tarixinədək “Arpaçay-1” SES-də 453,4 mln. kVt-saat elektrik enerjisi, “Arpaçay-2” KSES-də isə 10,6 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Rəylər (0):