Arximed Turbini tipli SES-in hansı üstünlükləri var?

image

Həkəri çayı üzərində qurulan, Almaniyanın “Rehart GmbH” şirkəti tərəfindən istehsal olunan və hər biri 212 kilovat olmaqla 3 hidravlik turbindən və müvafiq hissələrdən ibarət Arximed turbini tipli Su Elektrik Stansiyası Ağalı kəndinin elektrik enerjisinə tələbatını tam təmin etmək gücünə malikdir.

"Renewables.az" “AS Group İnvestment”ə istinadən xəbər verir ki, Arximed qurğusunun digər enerji istehsal sistemləri ilə müqayisədə ən böyük üstünlüyü ondan ibarətdir ki, təzyiqsiz sudan enerji istehsal edə bilir, asan quraşdırılır və iqtisadi baxımdan sərfəlidir.

Arximed turbinlərinin istismar müddəti 50-60 il proqnozlaşdırılır. Qurğunun diametri 3,8 m, uzunluğu 10,36 m, quraşdırılma bucağı 22° və nominal su sərfiyyatı 7,0 m³/s-dir. Stansiyanın qoyuluş gücü 636 kVt-dır, illik istehsal gücü 5.553.200 kVt-saatdır və kəndin 3.066.678 kVt-saat elektrik enerjisi tələbatının tam təmin etmə gücünə malikdir. Stansiyanın illik ortalama istismar müddəti 8 700 saatdır.  

Stansiya üç ədəd 250 kVt və 50 Hz tezlikli ELEK.MOTOR 250 kW 06 355M/L WFF2 tipli generator ilə təchiz edilib. 

Stansiyanın istismarı zamanı turbulent kinetik enerjinin yaranması ilə su hava ilə təmasa girir və nəticədə suya əlavə oksigen daxil olur və bu proses təbiətə və balıqların reproduksiya inkişafına ciddi töhfə verir. Əlavə olaraq, su elektrik stansiyası ilə istehsal edilən hər 1 kVt-saat enerji 0.46 kiloqram CO2 emissiyasını azaldır. Stansiya sayəsində, illik orta hesabla 2554 ton CO2 qazının havaya atılmasının qarşısı alınır.

Arximed qurğusunun digər enerji istehsal sistemləri ilə müqayisədə ən böyük üstünlüyü ondan ibarətdir ki, təzyiqsiz sudan enerji istehsal edə bilir. Əlavə olaraq, aşağı yüksəkliklərdə və düşük axın sürətlərində kiçik hidroelektrik stansiyalarının qurulması Arximed turbinləri ilə daha əlverişli və asandır. 

Asan montaj və vacib texniki hissələrin istehsal sahəsində hazırlanaraq sahədə istifadəyə hazır vəziyyətə  gətirilməsi iqtisadi baxımdan üstünlük təmin edir.

Balıqların Arximed turbinlərinin içindən keçə bilməsi və elektrik enerjisinin balıq ölümünə səbəb olmadan istehsal edilməsi ətraf mühitin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. 

Turbinlər səs kirliliyi yaratmadan işləyir. Uzaqdan idarəetmə imkanı sayəsində, sistemə təhlükəsiz şəkildə nəzarət edilə bilir və əməliyyat-təmir xərcləri digərlər elektrik stansiyalara nisbətən daha aşağıdır. 

Xatırladaq ki, 2022-ci il 19 oktyabrda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stansiyanın işə salınması mərasimində iştirak ediblər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *