Avropa Komissiyası: "Enerji diversifikasiyası qiymətlərin tənzimlənməsinə yardım edir"

image

Enerji sektorunun diversifikasiyası rəqabətə daha yaxşı imkan yaradır və qiymətlərin tənzimlənməsinə yardım edir.

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru xanım Kristina Lobillo Borrero Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransın ilk günündə bildirib.

K. Borrero qeyd edib ki, təmsil etdiyi qitədə diversifikasiya 10 ilə yaxındır başlayıb:

"Biz Avropa İttifaqında enerji mənbələrinin və təchizatın şaxələndirilməsinə 2014-cü ildən başlamışıq. İlk tələb də odur ki, hər bir qaz idxal edən ölkə mütləq şəkildə minimum 3 müxtəlif mənbədən qazı almalıdır və bunların da başında LNG durur".

Aİ rəsmisi əlavə edib ki, Paris razılaşmasına görə, 2050-ci ilə qədər karbon qazı neytralladırılmalıdı:

"Biz bərpa olunan enerji sahəsinin inkişafı üçün çalışırıq. İlkin planımız odur ki, 2050-ci ildə 100 MVT-lıq gücə nail olaq".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *