Avstraliya bərpa olunan enerjiyə 630 milyon dollar sərmayə qoyacaq

image

Avstraliyanın Viktoriya ştatı bərpa olunan enerjiyə keçidi sürətləndirmək və ev təsərrüfatlarının isitmə və yemək bişirmək üçün təbii qazdan uzaqlaşdırılmasını dəstəkləmək məqsədilə ilkin olaraq 1 milyard Avstraliya dolları (630 milyon dollar) sərmayə qoyacaq.

Renewables.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu addım Viktoriya hökumətinin iyul ayında gələn ildən yeni evlərin təbii qaza qoşulmasını qadağan edən qərarından sonra atılıb. Ölkədə 2045-ci ilə qədər xalis sıfır emissiyaya çatmaq üçün bu istiqamətdə ciddi addımlar atılır.

İnvestisiya hesabına 4,5 qiqavat yeni bərpa olunan enerji istehsal ediləcək ki, bu da Avstraliyanın ikinci ən sıx məskunlaşdığı əyalətində təxminən 1,5 milyon evi elektrik enerjisi ilə təmin etməyə kifayət edəcək.

Viktoriya ştatının Baş naziri Jacinta Allan bildirib ki, növbəti sərmayə quruda hasilatın artırılmasına və gələcək investisiyaların cəlb edilməsi üçün sənaye inamının yaradılmasına yönəldiləcək. Onun sözlərinə görə, bu addım 2025-ci ilə qədər əyalətdəki hər bir dövlət idarəsində bərpa olunan enerjiyə keçmək səylərini sürətləndirməyə kömək edəcək.

Qeyd edək ki, Viktoriya ştatı ölkənin ən böyük təbii qaz istehlakçısıdır, evlərin təxminən 80 faizi bərpa olunan enerjiyə qoşulub, planlaşdırma icazəsi tələb olunan yeni evlərin isə 2024-cü ilin yanvar ayından etibarən qoşulması gözlənilir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *