Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının Müdirlər Şurasının 6-cı İllik Toplantısında iştirak edib.
“Berpaolunanenerji.az”ın məlumatına görə, bu barədə nazir tviter hesabında yazıb.
O qeyd edib ki, görüşdə 2030-cu ilədək müəyyən edilən hədəflər üzrə Azərbaycanda “yaşıl” və “ağıllı” konsepsiyalarının tətbiqi istiqamətində Bankla tərəfdaşlıq perspektivləri nəzərdən keçirilib.
“İqlim siyasəti üzrə yeni çağırışlar hazırda ən çox diqqət yetirilən qlobal məsələlərdəndir”, - nazir əlavə edib.
Rəylər (0):