Azərbaycan Avropanın yaşıl hidrogen tədarükçüsü olmaq üçün çox gözəl imkana malikdir - Atlantic Council

image

Azərbaycan Avropaya ixrac etmək məqsədilə ekoloji təmiz hidrogen istehsalını inkişaf etdirmək üçün resurslara və lazımi infrastruktura malikdir.

Renewables.az xəbər verir ki, bu barədə Trend-ə Atlantik Şuranın (Atlantic Council) Qlobal Enerji Mərkəzinin ştatdankənar baş elmi işçisi Çarlz Ellinas deyib.

"Avropa 2030-cu ilədək iqlim sahəsində çox iddialı hədəflərə çatmağa və 2050-ci ilədək tullantıların səviyyəsini sıfıra endirməyə tərəfdardır. Bu qazıntı yanacağı istehlakını əvəzləmək üçün yaşıl enerji tədarüklərin artırmağı tələb edir. Beynəlxalq Enerji Agentliyi (IEA) Azərbaycanı həm daxili istifadə, həm də ixrac üçün bərpa olunan enerji mənbələrinin mühüm potensialına malik ölkə olaraq müəyyən edib. Ölkədə Avropaya ixrac etmək məqsədilə yaşıl hidrogen istehsalını inkişaf etdirmək üçün resurs və lazımi infrastruktur mövcuddur. Avropanın yaşıl hidrogen üzrə hədəflərinə çatmaq üçün məhdud daxili potensialını nəzərə alsaq ona idxal lazım olacaq ki, bu da Azərbaycanın qarşısında çox gözəl imkanlar açır", - o deyib.

Ellinas qeyd edib ki, daxili qaz istehlakının bərpa olunan enerji mənbələri ilə əvəzləmək ixrac üçün qaz həcmlərini azad edir.

Bundan başqa, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən aparılan tədqiqat Azərbaycanda ekoloji cəhəfdən təmiz hidrogen istehsalının məqsədəuyğun olduğunu təsdiq edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *