Xəzər dənizində istehsal olunan elektrik enerjisinin Avropaya satılması ilə bağlı danışıqlar aparılır.
"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu energetika nazirinin müavini Elnur Soltanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Xəzər dənizində elektrik enerjisi çoxdur: "Avropa-Azərbaycan Enerji Dialoqu var, buna yaşıl enerji koridoru da deyirik. Danışıqlar Avropa-Azərbaycan Enerji Dialoqu çərçivəsində müxtəlif şirkətlərlə aparılır".
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektoru üzrə 157 qiqavat həcmində külək enerjisi potensialı var.
Müqayisə üçün, Xəzər dəninin bərpa olunan enerji mənbələri üzrə potensialı Azərbaycanın digər alternativ mənbələrdən enerji potensialını dəfələrlə üstələyir. Xəzər dənizi külək enerji potensialına görə dünyada ikinci yerdədir. Bu, onu bildirir ki, Xəzər təkcə neft-qaz ehtiyatları ilə deyil, həm də alternativ enerjisi ilə məşhurdur.
Rəylər (0):