Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan Azərbaycan nümayəndə heyəti “Dubay EXPO 2020” ümumdünya sərgisində olub.
"Berpaolunanenerji.az" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Forum çərçivəsində, həmçinin bir sıra görüşlər keçirilib. Su və enerji layihələri üzrə ixtisaslaşmış “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Mohammad Abunayyan ilə görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin təmiz ətraf mühit və “yaşıl” enerji ölkəsinə çevrilməsinin qarşıya hədəf kimi qoyulduğunu vurğulayıb, enerjidən səmərəli istifadə olunması və yeni dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində görülən işlər barədə məlumat verib. Görüşdə Azərbaycanın zəngin bərpaolunan enerji resurslarına malik olduğu qeyd edilib, külək elektrik stansiyalarının tikintisi, suyun duzsuzlaşdırılması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan nümayəndə heyətinin “Masdar” şirkətinin icraçı direktoru Mohammed Jameel Al Ramahi ilə görüşündə enerji istehsalının bərpaolunan mənbələr hesabına şaxələndirilməsinin əsas hədəflərdən olduğu, şirkətlə əməkdaşlığın dayanıqlı, təmiz enerji ilə bağlı prioritetlərimizin reallaşdırılmasına töhfə verəcəyi qeyd edilib. Görüşdə külək və günəş enerjisi, bərk məişət tullantılarının yandırılması, “yaşıl” hidrogen istehsalı və digər mövzularda əməkdaşlıq məsələləri müzakirə olunub.
Rəylər (0):