Azərbaycan QDİƏT-nin Enerji üzrə İşçi Qrupunda ölkə-əlaqələndiriciliyi funksiyasını öz üzərinə götürüb

image

Azərbaycan 2023-cü ilin 1 iyul tarixindən etibarən 2 il müddətinə (iyul, 2023 – iyul, 2025) Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Enerji üzrə İşçi Qrupunda ölkə-əlaqələndiriciliyi funksiyasını öz üzərinə götürüb.

Renewables.az Azərbaycanın Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov QDİƏT-nin Xarici İşlər Nazirləri Şurasının video-konfrans formatında 46-cı iclasında bildirib.

Nazir işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılmasının, ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğunu beynəlxalq nəqliyyat və kommunikasiya bağlantılarının, habelə Zəngəzur dəhlizinin yaradılmasının müsbət təsirlərini diqqətə çatdırıb. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *