Azərbaycan Sinqapur şirkəti ilə “yaşıl enerji”yə keçid və dekarbonizasiya sahələrində səmərəli əməkdaşlığı müzakirə edib.
Renewables.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir bildirib ki, Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf ilə birlikdə "Trafigura Group Pte Ltd"nin sədri və baş icraçı direktoru Ceremi Veirlə görüş keçirilib: “Görüşdə şirkətin ölkəmizlə “yaşıl enerji”yə keçid, dekarbonizasiya, alüminium istehsalı kimi sahələrdə səmərəli əməkdaşlığını, Azərbaycanın biznes mühitinin perspektivlərini və COP29 çərçivəsində potensial sahələrdə birgə fəaliyyət imkanlarını nəzərdən keçirdik”.
Rəylər (0):