Azərbaycan və Dünya Bankı “yaşıl enerji” barədə müzakirələr aparıb

image

Dünya Bankı ilə rəqəmsal inkişaf, özəl sektorun diaqnostikası, idarəetmə texnologiyaları, innovasiyalar və digər sahələrdə əməkdaşlıq Azərbaycanda qabaqcıl beynəlxalq təcrübənin tətbiqi və müasir texnoloji yeniliklərin ölkəyə gətirilməsi baxımından xüsusilə əhəmiyyət kəsb edir.

“Berpaolunanenerji.az” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.

Tərəflər Dünya Bankı ilə tərəfdaşlığın genişləndirilməsi, potensial əməkdaşlıq sahələri, Bankın növbəti illər üzrə Azərbaycanda fəaliyyət istiqamətləri, birgə layihələrin icrası, enerji səmərəliliyi, “yaşıl enerji” və s. kimi məsələlər barədə müzakirələr aparıblar.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *