Azərbaycan və Səudiyyə Ərəbistanı energetika sahəsində Əməkdaşlıq Sazişi imzalayıb

image

Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında energetika sahəsində Əməkdaşlıq Sazişi imzalanıb.

Renewables.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanında səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov tviter hesabında bildirib.

"Azərbaycanın mühüm tərəfdaşı və qardaş ölkə Səudiyyə Ərəbistanı ilə energetika sahəsində Əməkdaşlıq Sazişi imzaladıq. Enerji əməkdaşlığımız çoxşaxəli və daha əhatəli olacaq", - nazir əlavə edib.

Saziş neft, neft-kimya, təbii qaz, elektrik enerjisi, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində, həmçinin karbonun tutulması, təkrar istifadəsi, ötürülməsi, saxlanması, rəqəmsal transformasiya və innovasiyaların təşviqi istiqamətlərində əməkdaşlığı əhatə edir. Sənədə əsasən, energetika sahəsində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üçün İşçi Qrupunun yaradılması nəzərdə tutulur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *