Bakı Enerji Həftəsi çərçivəsində beynəlxalq enerji şirkətləri ilə əlavə 3 QVt-dək bərpa olunan enerji layihələri üzrə əməkdaşlıq sənədləri imzalayacağıq.
Renewables.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bu gün işinə başlayan Bakı Enerji Forumunun birinci günündə çıxışı zamanı bildirib.
Pərviz Şahbazov: "Azərbaycan “yaşıl enerji” ölkəsi kimi inkişafı ilə bağlı strateji hədəflərini reallaşdırmaq əzmindədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin iradəsi və qətiyyəti bu növbəti böyük enerji missiyasının həyata keçirilməsində bizim strateji bələdçimizdir”.
Rəylər (0):