Azərbaycan Xorvatiyanın bərpa olunan enerji layihələrinə investisiya qoya bilər

image

Azərbaycan Xorvatiyanın bərpa olunan enerji layihələrinə investisiyalar qoya bilər.

Renewables.az-ın məlumatına görə, bu barədə Trend-ə Xorvatiyanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindəki mənbədən bildiriblər.

"Biz öz təcrübəmizi bölüşməli və şirkətlərimiz arasında mümkün gələcək əməkdaşlığı öyrənməliyik. Biz həmçinin Azərbaycanın Xorvatiyada bir sıra bərpa olunan enerji mənbələri layihələrinə investor olması üçün potensialını görürük", - deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, geotermal sektorda əməkdaşlıq üçün əla imkan var, belə ki, Azərbaycan bu texnologiya ilə bağlı mühüm "nou hau" biliklərə malikdir.

Xorvatiyanın Azərbaycan-Avropa "yaşıl" enerji dəhlizinə qoşulma imkanına gəlincə, mənbə bildirib ki, sözügedən layihə ilə bağlı danışıqlar aparılmayıb, lakin Xorvatiya Aİ-də enerji sektorunun dekarbonizasiyasına imkan yaradacaq bütün imkanları dəstəkləyir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *