Enerji Effektivliyi Fondunun vəsaiti yalnız enerji effektivliyi üzrə tədbirlərin təşviqinə yönəldiləcək

image

Enerji Effektivliyi Fondunun vəsaiti yalnız enerji effektivliyi üzrə tədbirlərin təşviqinə yönəldiləcək.

Renewables.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və ondan istifadə istiqamətlərinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *