Azərbaycanda bərpa olunan enerji istehsalı 55 %-dən çox artıb

image

2025-ci ilin yanvar ayı üzrə operativ məlumatlara əsasən ötən ay respublikada elektrik enerjisinin istehsalı 2 mlrd. 493,4 mln. kVt-saat olub.

Renewables.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Ay ərzində elektrik enerjisi istehsalı istilik elektrik stansiyalarında (İES) 2 mlrd. 224,9 mln. kVt-saat, su elektrik stansiyalarında (SES) 218,3 mln. kVt-saat, digər mənbələr üzrə isə 50,2 mln. kVt-saat təşkil edib.

Bu dövrdə külək elektrik stansiyalarında 2,9 mln. kVt-saat, günəş elektrik stansiyalarında (GES) 26,4 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 20,9 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalında 96,4 mln. kVt-saat artım qeydə alınıb.

Ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2 mlrd. 232,6 mln. kVt-saat (İES-lərdə 2 mlrd. 021,6 mln. kVt-saat, SES-lərdə 211,0 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 32,0 mln. kVt-saat (İES-lərdə 22,4 mln. kVt-saat, SES-lərdə 6,4 mln. kVt-saat, GES-də 3,2 mln. kVt-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 2,0 mln. kVt-saat, müstəqil elektrik stansiyaları üzrə isə 226,8 mln. kVt-saat təşkil edib.

Bu dövrdə elektrik enerjisinin ixracı 157,4 mln. kVt-saat, idxalı isə 11,2 mln. kVt-saat olub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *