Azərbaycanda bərpa olunan enerji sahəsində ikili diplomlu ixtisas yaradıla bilər

image

"Azərbaycanda bərpa olunan enerji sahəsində ikili diplomlu ixtisasın yaradılması üçün Elm və Təhsil Nazirliyi ilə müzakirələr aparılır".

Renewables.az "Report"a istinadla xəbər verir ki, bunu bp şirkətinin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezident Bəxtiyar Aslanbəyli Təhsilin İnkişafı Forumu çərçivəsində keçirilən “Universitet - Sənaye Tərəfdaşlığı” panelində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkədə bərpa olunan enerji ilə bağlı təhsil imkanları yoxdur: "Əgər enerji sənayesinin sabahı neft və qaz mühəndisliyi ilə bərabər bərpa olunan enerji sahəsində fəaliyyət olacaqsa, biz indidən bu istiqamətdə kadrlar hazırlamalıyıq".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *