Azərbaycanda dənizdə külək enerjisindən istifadədə yaşıl hidrogen istehsalı tətbiq oluna bilər

image

İlkin qiymətləndirilməyə görə, Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisinin potensialı 150 QVt səviyyəsində qiymətləndirilir.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov bildirib.

"Bu, olduqca böyük bir rəqəmdir və bunun istifadə olunmasının ən səmərəli yollarından biri də hidrogen istehsalıdır", - deyə Z. Məmmədov qeyd edib.

Onun sözlərinə görə, hidrogenin bir neçə növü mövcuddur, lakin "yaşıl" adlandırılan hidrogen hazırda aktual enerji növü sayılır.

Azərbaycan bu istiqamətdə çox əlverişli bir mövqedədir, çünki ölkənin enerji resursları var və Azərbaycan Avropa sərhədlərinə qədər hazır infrastruktura malikdir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *