2023-cü ilin yanvar-iyul aylarında ölkədə elektrik enerjisi istehsalı 15 milyard 342,9 milyon kVt-saat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz çoxdur.
Renewables.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir.
Hesabat dövründə əmtəəlik elektrik enerjisi istehsalı 14 milyard 819,5 milyon kVt-saat təşkil edib və bu da 0,2 faiz çoxdur.
Hesabat dövründə su elektrik stansiyalarının enerji istehsalı 1 milyard 089,3 milyon kVt-saat (5,1 faiz az), külək elektrik stansiyalarının enerji istehsalı 37,4 milyon kVt-saat (2 dəfə çox), günəş elektrik stansiyalarının enerji istehsalı 39,2 milyon kVt-saat (6,2 faiz çox) təşkil edib.
Rəylər (0):