Bu ilin birinci rübündə Azərbaycanın su elektrik stansiyalarının (SES) elektrik enerjisi istehsalı 439,3 milyon kVt-saat təşkil edib.
Renewables.az elektrik enerjisinə dair operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 161,5 mln. kVt-saat və ya 58 faiz çoxdur.
Hesabat dövründə "Azərenerji" ASC üzrə SES-lərdə 420 milyon kVt-saat, Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə SES-lərdə 15,4 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.
Rəylər (0):