Azərbaycanda hidroenerji istehsalı artıb

image

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 14868,8 milyon kVt-saat (ondan əmtəəlik 14411,2 kVt-saat) elektrik enerjisi istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,0 % çoxdur.

"Berpaolunanenerji.az"ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bunun 858,1 milyon kVt-saatı su elektrik stansiyalarının istehsalı olub.

Qeyd edək ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,3 % çoxdur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *