Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın su elektrik stansiyalarının (SES) elektrik enerjisi istehsalı 1 milyard 636,5 milyon kVt-saat təşkil edib.
Renewables.az elektrik enerjisinə dair operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 103,7 mln. kVt-saat və ya 6,7 faiz çoxdur.
Hesabat dövründə "Azərenerji" ASC üzrə SES-lərdə 1 milyard 432,5 milyon kVt-saat, Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə SES-lərdə 84 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.
Rəylər (0):