Naxçıvanın su elektrik stansiyalarında enerji istehsalı azalıb

image

Cari ilin yanvar-noyabr aylarında Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə elektrik stansiyalarında enerji istehsalı 1 faiz artıb.

Renewables.az bu barədə Energetika Nazirliyinin operativ məlumatlarına istinadən xəbər verir.

Hesabat dövründə Muxtar Respublikanın su elektrik stansiyalarında 90,9 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 mln. kVt-saat və ya 8,6 faiz azdır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *