Azərbaycanda hidrogen energetikasının inkişafına dair proqram hazırlanır

image

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən ölkədə hidrogen energetikasının inkişafı ilə bağlı proqram hazırlanır.

"Berpaolunanenerji.az"ın əldə etdiyi məlumata görə, bunu AMEA Rəyasət Heyətinin üzvü Adil Qəribov deyib.

Onun sözlərinə görə, bu proqram çərçivəsində gələcəkdə layihələrin icrası istisna edilmir.

"Bu gün dünyanın bir çox ölkəsində bu istiqamətdə tədqiqatlar aparılır. Azərbaycanda 1970-ci illərdə bu sahədə müəyyən işlər aparılsa da, daha sonra dayandırılıb. Hazırda işğaldan azad olunan ərazilərdə "yaşıl" energetikanın inkişafı ilə bağlı məqsədlər ölkə üçün olduqca aktualdır. Hidrogen ən "yaşıl" və ən təmiz enerji mənbəyi hesab olunur. Bu proqram hələlik yazılış mərhələsindədir. Proqram çərçivəsində gələcəkdə atom hidrogen energetikası sahəsində də işlər görülə bilər", - deyə A. Qəribov qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *