Azərbaycanda ilk dəfə bərpa olunan enerji stansiyalarına karbon sertifikatı veriləcək

image

Azərbaycanda ilk dəfə olaraq bərpa olunan enerji stansiyalarına karbon sertifikatı veriləcək.

Renewables.az “AzərEnerji”-yə istinadən xəbər verir ki, karbon sertifikatlarının alınması üçün rəsmi qaydada Qətərdə yerləşən «Qlobal Karbon Şurası» təşkilatına Kəlbəcərdə fəaliyyət göstərən kiçik su elektrik stansiyalarına görə müraciət olunub və stansiyaların qeydiyyatı proseduru üzrə növbəti mərhələyə keçidə müsbət rəy verilib. 

Bu təşəbbüs ardıcıllıqla digər su elektrik stansiyalarını da əhatə edəcək və Azərbaycan tarixində ilk dəfə bərpa olunan enerji mənbəli elektrik stansiyalarının karbon sertifikatları ilə təmin edilməsi məhz işğaldan azad edilən ərazilərdəki enerji obyektləri ilə bağlı olacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *