Azərbaycanda “yaşıl hidrogen” və “yaşıl ammonyak”la bağlı bazar araşdırmaları aparılır

image

“Yaşıl hidrogen” və “yaşıl ammonyak”la bağlı bazar araşdırmaları davam edir.

Renewables.az-a Energetika Nazirliyindən verilən məlumata görə, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazoun “Masdar”ın icraçı direktoru Məhəmməd Cəmil Əl Rəmahi ilə görüşündə bildirilib.

Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə "Advisian" məsləhətçi şirkət tərəfindən "Azərbaycan üzrə Aşağı Karbonlu Hidrogen İqtisadiyyatı Bazar Araşdırması" hesabatı hazırlanıb. Bazar Araşdırmasının nəticələrinə əsasən, maya dəyəri baxımından Azərbaycanda yaşıl hidrogen istehsalı regionun başqa ölkələri ilə bu istiqamətdə rəqabət apara bilər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *