Azərbaycandan Qara Dəniz vasitəsilə yaşıl enerjinin Rumıniyaya ixracı ilə bağlı fikir mübadiləsi aparılıb

image

Azərbaycandan təbii qazın və Qara Dəniz vasitəsilə yaşıl enerjinin Rumıniyaya ixracı ilə bağlı fikir mübadiləsi aparılıb.

Renewables.az Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, fikir mübadiləsi Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 1-də Rumıniyanın energetika naziri Sebastiyan İoan Burdujanı qəbulu zamanı baş tutub.

Dövlətimizin başçısı Azərbaycanda enerji sektorunda, xüsusilə indiki dövrdə yaşıl enerji sahəsində böyük layihələrin reallaşdırıldığını deyərək, ötən ay Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarının önəmini vurğulayıb.

Sebastiyan İoan Burduja İlham Əliyevə prezident seçkilərində qələbə və COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdırıb. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *