Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin 15-ci Birgə İclasına sədrlik edib.
Renewables.az bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinə istinadla xəbər verir.
Azərbaycanın ECO-da 2023-cü il dönəm sədrliyinin “Yaşıl keçid və qarşılıqlı əlaqəlilik” mövzusunda keçirilməsi geniş regional əlaqəlilik, iqtisadi transformasiya, yaşıl enerji və iqlim dəyişikliklərinə qarşı davamlılıq üzrə ümumi regional baxışı əks etdirdiyi, Azərbaycan və dənizə çıxışı olmayan digər üzv dövlətlər üçün regional əlaqəlilik mövzusunun xüsusi önəm kəsb etdiyi qeyd olunub.
Rəylər (0):