"Azərbaycanın energetikası" statistik məcmuəsi nəşr olunub

image

Dövlət Statistika Komitəsi tərəfindən "Azərbaycanın energetikası" statistik məcmuəsi nəşr olunub.

Renewables.az Komitəyə istinadən xəbər verir ki, “Azərbaycanın energetikası” statistika məcmuəsində 2018-2022-ci illər üzrə milli enerji balansı əhatə olunmaqla enerji məhsullarının əmtəə balansları və energetika statistikasına aid digər zəruri məlumatlar verilib.

Məcmuə 5 bölmədan ibarətdir. 1-ci bölmədə energetika müəssisələrinin işinin əsəs göstəriciləri, enerji istehlakı va elektrik enerjisinin enerji istehlakındakı payı, enerji tutumu, sənaye sahəlarində enerji səmərəliliyi, 2-ci bölmədə illər üzrə enerji balansı va balansın sektorlar üzrə bölgüsü, 3-cü bölmədə enerji balansını əhatə edən ayrı-ayrı enerji məhsullarının (əmtəə) balansları, 4-cü bölmədə enerji məhsullarının iqtisadi faaliyyət növləri üzrə istehlakı, 5-ci bölmədə xam neftin, təbii qazın hasilatı, elektrik stansiyalarının gücü, iqtisadiyyatın ayrı-ayrı sahəlarində faaliyyat göstərən müəssisələr tərəfindən atmosferə atılan çirkləndirici maddəlar və s. haqqında malumatlar verilib.

Tərtib edilmiş hazırkı enerji balansı BMT, Beynalxalq Enerji Agentliyi, Avrostat va digər beynəlxalq taşkilatların va 21 ölkənin, o cümlədan Azərbaycanın da üzv olduǧu “Oslo Qrupu” tərəfindən hazırlanmış va BMT-nin Statistika Komissiyasının 2011-ci ilin fevral ayında təşkil olunmuş 42-ci sessiyasında qabul edilmiş “Enerji statistikasına dair beynəlxalq tövsiyəlar”in tələblərinə əsaslanıb.

Enerji balansının tərtib olunmasına dair qısa metodoloji göstərişlar, “Çevrilmə əmsalları” və göstəricilərin tapılmasının asanlaşdırılması məqsədilə “Əlifba sırası ila göstəricilərin siyahısı” verilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *