Azərbaycanın "yaşıl" hidrogen istehsalı üçün əhəmiyyətli potensialı var

image

Azərbaycanın "yaşıl" hidrogen istehsalı üçün əhəmiyyətli potensialı var.

Renewables.az xəbər verir ki, bunu Trend-ə "Atlantic Council"in baş elmi əməkdaşı, Beynəlxalq Vergi və İnvestisiya Məsələləri Mərkəzinin enerji, artım və təhlükəsizlik üzrə direktoru Ariel Koen deyib.

O qeyd edib ki, hidrogen nisbətən yeni tədqiqat sahəsidir və hər hansı proqnoz vermək hələ tezdir, lakin onun sözlərinə görə, Azərbaycanın günəş və külək kimi bərpa olunan enerji mənbələrinin inkişafındakı potensialını nəzərə alaraq, "yaşıl" hidrogenin istehsalı bu baxımdan çox perspektivlidir.

"Azərbaycan günəş və külək enerjisi imkanlarını artırarkən eyni vaxtda suyu hidroliz edərək “yaşıl” hidrogen əldə etmək mümkündür. Bundan əlavə, təbii qazı emal etməklə hidrogen əldə edilə bilər ki, bu da nəticədə bizə "mavi" hidrogen verəcəkdir. Beləliklə, əminəm ki, bütün bunları Azərbaycanda həyata keçirmək mümkündür", - deyə A.Koen bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *