Azərbaycanla İran arasında Araz çayı boyunca su elektrik stansiyalarının inşası layihələri müzakirə olunub.
Renewables.az Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, müzakirə Prezident İlham Əliyevin İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul etdiyi görüşdə aparılıb.
Görüşdə həmçinin, Azərbaycan, Rusiya və İran arasında elektrik xəttlərinin birləşdirilməsi məsələsinə toxunulub, bu istiqamətdə əməkdaşlıq üçün böyük potensialın olduğu vurğulanıb.
Xatırladaq ki, Araz çayı üzərində 100 MVt gücündə “Xudafərin” və 40 MVt gücündə “Qız Qalası” su elektrik stansiyalarının istismara verilməsi nəzərdə tutulur. Layihənin həyata keçirilməsi təkcə Azərbaycana ildə 358 milyon kVt-saat elektrik enerjisi istehsal etməyə imkan verəcək.
Rəylər (0):