Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında energetika sahəsində Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Renewables.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Respublikasının Energetika Nazirliyinə sazişin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.
Qeyd edək ki, sənəd 2023-cü il mayın 24-də Səudiyyə Ərəbistanında imzalanıb. Saziş neft, neft-kimya, təbii qaz, elektrik enerjisi, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində, həmçinin karbonun tutulması, təkrar istifadəsi, ötürülməsi, saxlanması, rəqəmsal transformasiya və innovasiyaların təşviqi istiqamətlərində əməkdaşlığı əhatə edir. Sənədə əsasən, energetika sahəsində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üçün İşçi Qrupunun yaradılması nəzərdə tutulur.
Rəylər (0):