Cari ilin yanvar-iyun aylarında "Azərenerji" ASC üzrə su elektrik stansiyalarında (SES) elektrik enerjisi istehsalı azalıb.
Renewables.az Energetika Nazirliyinin açıqladığı operativ məlumatlara istinadən xəbər verir ki, SES-lərdə 828,1 mln. kVt-saat enerji istehsal edilib.
Qeyd edək ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 71,5 mln. kVt-saat və ya 8 faiz azdır.
Rəylər (0):