2017-ci ilin avqustun 3-də Prezident İlham Əliyevin iştirakı ilə “Balakən” Kiçik Su Elektrik Stansiyasının (KSES) açılışı olub.
"Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, Balakən çayı üzərində tikilmiş və ümumi gücü 1,44 meqavat olan stansiyanın təməli 2010-cu il iyulun 8-də qoyulub. Stansiyada 10/0,4 kilovoltluq yarımstansiya və elektrik verilişi xətləri çəkilib, hər birinin gücü 0,48 meqavat olan üç hidroaqreqat quraşdırılıb.
Qeyd edək ki, fəaliyyətə başladığı dövrdən 2022-ci ilin iyulun 1-i tarixinədək stansiyada 15 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Stansiyanın 2017-ci ildə (5 ay) 0,7 milyon kilovat-saat, 2018-ci ildə 2,9 milyon kilovat-saat, 2019-cu ildə 3,1 milyon kilovat-saat, 2020-ci ildə 3,0 milyon kilovat-saat, 2021-ci ildə 3,5 milyon kilovat-saat, 2022-ci ildə (6 ay) isə 1,8 milyon kilovat-saat elektrik enerjisi istehsalı olub.
Rəylər (0):