Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Yusufeli Su Elektrik Stansiyasının son tamamlanma işləri ilə tanış olub.
Renewables.az Nazirliyə istinadən xəbər verir ki, stansiya yaxın zamanlarda elektrik enerjisi istehsalına başlayacaq.
Nazir stansiyanın əhəmiyyətini yüksək qiymətlənidrərək deyib: "Türkiyənin Yüzilini eyni zamanda enerji yüzili edəcək ən müstəsna məkanlardan birində araşdırma aparırıq. Bu stansiyanın qoyuluş gücü 588 meqavatdır. Həqiqətən də mühəndislik, tətbiqi texnika və innovasiyalar baxımından dünyada ədəbiyyata daxil ola biləcək bir layihəni görmək imkanımız oldu. Burada ildə təxminən 1,8-1,9 milyard kilovat-saat elektrik enerjisi istehsal olunacaq və ümid edirəm ki, elektrik enerjisi təxminən 2,5 milyon ev təsərrüfatının elektrik enerjisinə olan tələbatını qarşılaya biləcək. Artvində 2000 meqavatdan çox su elektrik stansiyası layihələri var"
Bayraktar bildirib ki, yaxın zamanda stansiya test rejimində elektrik enerjisi istehsal edəcək.
Rəylər (0):