BƏƏ-nin energetika naziri: “Yaşıl enerji”yə keçidin təmin edilməsində böyük neft istehsalçıları məsuliyyət daşıyırlar

image

Böyük neft istehsalçıları dünya qarşısında “yaşıl enerji”yə keçid üçün lazımi şərait yaratmaq baxımından məsuliyyət daşıyırlar.

Renewables.az "AZƏRTAC"a istinadən xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) energetika naziri Süheyl əl-Məzrui Yaxın Şərq və Şimali Afrika üçün Regional İqlim Həftəsində deyib.

“Burada ən böyük karbohidrogen istehsalçıları kimi iştirak edən üçümüz (Səudiyyə Ərəbistanının energetika naziri, BƏƏ-nin energetika naziri, İraqın neft naziri – red.) keçid dövrünü təmin etmək, keçid dövrünü kifayət qədər enerji resursları ilə təmin etmək üçün dünya qarşısında məsuliyyət daşıyırıq”, - deyə o bildirib.

Qeyd edək ki, oktyabrın 8-dən 12-dək Ər-Riyadda Yaxın Şərq və Şimali Afrika üçün Regional İqlim Həftəsi keçirilir. Tədbir BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının katibliyi ilə əməkdaşlıq və koordinasiya əsasında təşkil olunub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *