BƏƏ-nin Özbəkistanda yaşıl enerji layihələrinə investisiyası 4 milyard dollara çatır
Özbəkistanda 1,4 qiqavat gücündə bir külək və üç günəş elektrik stansiyası şəbəkəyə qoşulması mərasimində BƏƏ-nin Masdar şirkəti ilə müqavilələr imzalanıb.
Renewables.az-ın Özbəkistan Prezidentinin Mətbuat xidmətinə istinadən məlumatına görə, Energetika və İnvestisiya, Sənaye və Ticarət nazirlikləri ilə yeni icra sazişi imzalanıb.
Müqaviləyə görə Masdar Özbəkistanda 2 QVt gücündə külək enerjisi layihəsini inkişaf etdirəcək. Sənədə görə, Masdar-ın ölkədə mövcud olan beş layihəsində 1150 meqavat-saat tutumlu enerji saxlanc sistemləri qurulacaq. Bu, Masdar-ın Özbəkistandakı ümumi investisiyasını təxminən 4 milyard dollara çatdırır.
Qeyd edək ki, Masdar Özbəkistanda 2021-ci ildən fəaliyyət göstərir. Şirkət Azərbaycanda 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının tikintisini həyata keçirib.
Rəylər (0):